203
Bu gün 21 avqust — 20:29

Ağcabədidə bədbəxt hadisə: su borusu qırılıb iki nəfərin üstünə düşdü

Ağcabədi rayonunda iki nəfər bədbəxt hadisə nəticəsində xəsarət alıb.

Hadisə rayonun Yuxarı Qiyamadınlı kəndi ərazisində subartezyan quyularının təmiri zamanı baş verib.

Ağcabədi rayon Subartezian İdarəsinin işçiləri su borusunu qaldırıcı kran vasitəsilə qaldırarkən boru qaynaq olunmuş hissədən qırılaraq iki nəfərin üstünə düşüb.

Hadisə nəticəsində idarənin 1979-cu il təvəllüdlü çilingəri Səfərov Rahib Əhliman oğlu və 1994-cü il təvəllüdlü kənd sakini Hüseynov Elnur Bakir oğlu ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.

Trend bildirir ki, faktla bağlı araşdırma aparılır.

Xəbərlər