428
Bu gün 21 avqust — 18:45

Qarabağ qazisi Türkiyədə Sedat Pekerlə görüşdü

Qarabağ qazisi Kamil Musavi Türkiyədə Sedat Pekerlə görüşüb. Virtualaz.org xəbər verir ki, bu bardə Sedat Peker şəxsi bloqunda və sosial media hesablarında paylaşım edib. O, Azərbaycan ordusunun veteranı Kamil Musəvinin onu ziyarət etməsini və azərbaycanlıların milli geyimini hədiyyə etməsini yazıb.

“Əziz Dostlar, Azərbaycan ordusunun qazi zabitlərindən biri Kamil Musavi qardaşım ziyarətimə gəldi. Mənə hədiyyə olaraq gətirilən Azərbaycan türklərinin milli geyimi məni şərəfləndirdi. Böyük Allahım ondan razı olsun! Onun vasitəsilə Azərbaycanda yaşayan bütün Turançı qardaşlarıma salam göndərdim... Bir gün inşallah yenə Çin səddində görüşəcəyik!“

Qeyd edək ki, Kamil Musavi 2015-ci ilin oktyabr ayında Naftalan, Talış kəndi istiqamətində gedən döyüşlərdə kəşfiyyat qrup komandiri vəzifəsində döyüş tapşırığı yerinə yetirərkən düşmənin naməlum minasının partlaması nəticəsində ayağını və gözünü itirib. "Azərbaycan Silahlı Qüvvələrinin 95 illiyi" yubiley medalı, "Hərbi xidmətdə fərqlənməyə görə" III dərəcəli medal, "Vətən Naminə" medalı və "General Həzi Aslanov" medalları ilə təltif olunub.

Virtualaz.org

Xəbərlər