309
Bu gün 14 avqust — 15:03

Bakıda yük maşını polis bölməsinin darvazasına çırpıldı

Bakıda yük maşını polis bölməsinin darvazasına çırpılıb.

Virtualaz.org xəbər verir ki, bu barədə sosial şəbəkələrdə məlumat yayılıb.

Hadisə bu gün günorta saatlarında Xətai Rayon Polis İdarəsinin 37-ci Polis bölməsinin həyətində baş verib.

“Hyundai” markalı yük maşını idarənin darvazasını və hasarını uçurub. Hadisə nəticəsində xəsarət alan olmayıb.

Virtualaz.org

Xəbərlər