410
Bu gün 13 avqust — 23:05

İnsan alveri ilə məşğul olan daha 4 nəfər axtarışa verildi

İnsan alveri cinayət əməllərinə görə 2019-cu ilin birinci yarımilində 4 nəfər haqqında axtarış elan edilib.

Virtualaz.org bildirir ki, bu barədə Daxili İşlər Nazirliyi İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin saytında məlumat yerləşdirilib.

Məlumata görə, axtarışda olan təqsirləndirilən şəxslərdən 3-ü əcnəbi, 1-i isə Azərbaycan Respublikasının vətəndaşıdır.

Ceyranlı Fərman Cahan oğlu – 03.12.1957-ci ildə Gürcüstanda anadan olub, Bakı şəhər sakinidir. Barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin insan alveri maddəsi ilə 2019-cu ildə axtarış elan edilib, həbs qətimkan tədbiri seçilib. “İnterpol” kanalları ilə beynəlxalq axtarışdadır.

Gursen Tarkan – 23.12.1971-ci ildə anadan olub, Türkiyə Respublikasının vətəndaşıdır. Barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin insan alveri maddəsi ilə 2019-cu ildə axtarış elan edilib.

Solun Dogan – 01.01.1992-ci ildə anadan olub, Türkiyə Respublikasının vətəndaşıdır. Barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin insan alveri maddəsi ilə 2019-cu ildə axtarış elan edilib.

Taheri Mahmoudi Mohsen – 05.11.1962-ci ildə anadan olub, İran İslam Respublikasının vətəndaşıdır. Barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin insan alveri maddəsi ilə 2019-cu ildə axtarış elan edilib, həbs qətimkan tədbiri seçilib. “İnterpol” kanalları ilə beynəlxalq axtarışdadır.

Xəbərlər