193
Bu gün 13 avqust — 22:20

Azərbaycanda insan alverində təqsirləndirilən qadın beynəlxalq axtarışa verildi

Azərbaycanda insan alveri cinayət əməllərinə görə təqsirləndirilən qadın "İnterpol" xətti ilə axtarışa verilib.

"Report" xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi İnsan Alverinə qarşı Mübarizə Baş İdarəsinin saytında məlumat yerləşdirilib.

Belə ki, Tovuz rayon sakini, 1983-cü il təvəllüdlü Kazımova Natəvan İbrahim qızının barəsində Cinayət Məcəlləsinin insan alveri maddəsi ilə 2018-ci ildə axtarış elan edilib və həbs qətimkan tədbiri seçilib.

N.Kazımova “İnterpol” kanalları ilə beynəlxalq axtarışdadır.

Xəbərlər