664
Bu gün 13 avqust — 22:30

“Qarabağ” APOEL-ə uduzdu və Çempionlar Liqası ilə vidalaşdı

UEFA Çempionlar Liqasının 2019-2020-ci il mövsümünün üçüncü təsnifat mərhələsi çərçivəsində Tofiq Bəhramov adına Respublika stadionunda keçirilən “Qarabağ”-APOEL oyunu başa çatıb.

Virtualaz.org bildirir ki, görüş qonaqların 2:0 hesabı ilə qələbəsi ilə başa çatıb.

Bu məğlubiyyətə baxmayaraq, “Qarabağ” avrokuboklarda mübarizəsini davam etdirir. Belə ki, UEFA-nın reqlametinə əsasən “Qarabağ” UEFA Avropa Liqasının play-off mərhələsində yolunu davam etdirəcək. Qurban Qurbanovun yetirmələri UEFA Avropa Liqasının pley-offunda “Linfild” (Şimali İrlandiya) – “Sutyeska” (Monteneqro) cütünün qalibi ilə üz-üzə gələcək. Həmin görüş Bakı vaxtı ilə saat 22:45-də başlayacaq. Bu komandaların ilk duelində “Linfild” səfərdə qələbə qazanıb – 2:1.

*   *   *21:57

APOEL 68-ci dəqiqədə hesab arasındakı fərqi artırıb.

Uros Matiç  "Qarabağ"ın qapısına 2-ci qolu vurub.

*   *   *21:04

"Qarabağ" matçın 34-cü dəqiqəsində APOEL-in penaltidən vurduğu qolla hesabda geri düşdü: 0-1.

*   *   *20:34

Çempionlar Liqasının (ÇL) III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində “Qarabağ” APOEL-lə qarşılaşması başlayıb.

Hələlik hesab açılmayıb-0:0.

*   *   *20:20

Çempionlar Liqasının (ÇL) III təsnifat mərhələsinin cavab oyunu çərçivəsində “Qarabağ” APOEL-lə qarşılaşır.

Virtualaz.org bildirir ki, saat 20:30-da başlayacaq görüş üçün start heyətləri açıqlanıb.

Komandalar meydana aşağıdakı oyunçularla çıxacaqlar.

“Qarabağ”: 13. Vaqner da Silva, 3. Aylton Silva, 4. Rahil Məmmədov, 14. Rəşad Sadıqov (k), 5. Maksim Medvedev, 6. Simeon Slavçev, 8. Miçel, 17. Abdullah Zubir, 20. Riçard Almeyda, 9. Xayme Romero, 11. Mahir Əmrəli

Ehtiyat oyunçular: 12. Şahruddin Məhəmmədəliyev, 2. Qara Qarayev, 7. Araz Abdullayev, 10. Dani Kintana, 23. Faysal Rerras, 30. Abbas Hüseynov, 99. Maqaye Qeye

Baş məşqçi: Qurban Qurbanov

APOEL: 27. Vid Belets, 6. Qentsoqlu, 10. De Vinsenti (k), 11. Musa Əl-Taamari, 13. Kevin Lafrans, 14. Uroş Matiç, 20. Pavloviç, 30. Merkis, 44. İonnu, 89. Bezjak, 91. Mihayloviç

Ehtiyat oyunçular: 99. Boy Vaterman, 8. Lukas Souza, 9. Linus Hallenius, 34. Lukas Kaloqiru, 46. Statis Aloneftis, 70. Antonio Yakoliş, 71. Andre Vidiqal

Baş məşqçi: Tomas Doll

*  *   * 13:06

“Qarabağ” klubu bu gün Çempionlar Liqasının üçüncü təsnifat mərhələsinin cavab qarşılaşmasına çıxacaq.

Virtualaz.org bildirir ki, təmsilçimiz Kiprin APOEL klubunu qəbul edəcək.

Xatırladaq ki, Kiprdə baş tutan ilk qarşılaşmada “Qarabağ” rəqibini 2:1 hesabı ilə məğlub edib. Bu qələbədən sonra APOEL baş məşqçisi Paolo Trametsanini istefaya göndərib və almaniyalı mütəxəssis Tomas Doll ilə iki illik müqavilə bağlayıb.

Qarşılaşmanı Almaniyadan olan hakimlər briqdası idarə edəcək.

Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək qarşılaşmaya Bakı vaxtı ilə saat 20:30-da start veriləcək.

Onu da qeyd edək ki, “Qarabağ” APOEL səddini keçsə, Avropa Liqasının qrup mərhələsinə vəsiqəni təmin edəcək və Çempionlar Liqasının “pley-off” mərhələsində “Ayaks” (Niderland) - PAOK (Yunanıstan) cütlüyünün qalibi ilə görüşəcək. Bu cütlüyün ilk oyunu 2:2 hesabı ilə başa çatıb.

Əgər təmsilçimiz Kipr klubunu keçə bilməsə, Avropa Liqasının “pley-off”unda “Linfild” (Şimali İrlandiya) - “Sutyeska” (Monteneqro) cütünün qalibi ilə qarşılaşacaq. Bu kollektivlərin ilk oyununda “Linfild” 2:1 hesablı qələbə qazanıb.

Xəbərlər