156
Bu gün 21 iyul — 00:45

Lənkəranda yanğın: mağazanın 5 kondisioneri əridi

Lənkəran şəhərində yanğın hadisəsi qeydə alınıb.

FHN-dən verilən məlumata görə, ümumi sahəsi 200 m² olan mağazanın yaxınlığında karton taralar 5 m² sahədə yanıb, yüksək temperaturdan mağazanın divarlarına quraşdırılan 5 ədəd kondisioner qismən əriyib.

Mağaza yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Xəbərlər