98
Bu gün 20 iyul — 22:50

Yevlaxda "VAZ-2107" traktorla toqquşdu

Yevlaxda 2 nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası baş verib.

"Report"un məlumatına görə, hadisə Cırdaxan kəndində qeydə alınıb. 

"VAZ-2107" markalı avtomobil traktorun qoşqusuna çırpılıb. Qəza nəticəsində "VAZ-2107"in sürücüsü və bir sərinişini xəsarət alıb. Onlardan biri xəstəxanaya aparılıb, digərinə isə hadisə yerində ambulator yardım göstərilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbərlər