81
Bu gün 19 iyul — 20:41

Qəzada xəsarət almış Gədəbəy sakini yaşadığı evdə ölüb

Gədəbəy rayon sakini Nəriman Quliyev yol-nəqliyyat hadisəsi zamanı aldığı xəsarətlərdən dünyasını dəyişib.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən verilən məlumata görə, iyulun 17-də saat 13 radələrində Gədəbəy rayonunun Qaraməmmədli kəndi ərazisində rayon sakinləri - Nəriman Quliyevin idarə etdiyi “VAZ-2121” və S.Babayevin idarə etdiyi “Honda” markalı avtomobillər toqquşub. Nəticədə xəsarət almış N.Qədimov iyulun 18-də yaşadığı evdə ölüb.

Gədəbəy RPŞ tərəfindən araşdırma aparılır.

Xəbərlər