301
Bu gün 17 iyul — 13:46

Paşinyan Milli Təhlükəsizlik Şurasının katibini Qarabağa göndərdi

Ermənistan Milli Təhlükəsizlik Şurasının katibi Armen Qriqoryan Azərbaycanın işğal edilmiş Qarabağ bölgəsinə gəlib.

Virtualaz.org erməni KİV-ə istinadən bildirir ki, Qriqoryan Qarabağda separatçıların lideri Bako Saakyanla görüşüb. Görüş zamanı əsasən təhlükəsizlik sferasındakı məsələlərin müzakirə edildiyi bildirilib.

Qriqoryan-Saakyan görüşündə “dqr”in “təhlükəsizlik şurası”nın katibi Arşavir Qaramyan da iştirak edib.

Xəbərlər