365
Bu gün 17 iyul — 12:00

AZAL-ın təyyarəsi havada quşla toqquşdu

Bu gün səhər saatlarında Naxçıvan-Bakı reysini həyata keçirən Azərbaycan Hava Yolları QSC-yə (AZAL) məxsus “Airbus A320” markalı sərnişin təyyarəsi havada quşla toqquşub.

AZAL-dan virtualaz.org-a verilən məlumatda deyilir ki, hadisə təyyarənin texniki vəziyyətinə təsir etmədiyi üçün pilot uçuşu davam etdirməyə qərar verib və aviareys ştat rejimində həyata keçirilib.

Xəbərlər