718
Bu gün 17 iyul — 23:10

Çempionlar Liqası: “Qarabağ” növbəti mərhələyə vəsiqə qazandı

İyulun 17-də UEFA Çempionlar Liqasının 2019-2020-ci il mövsümünün birinci təsnifat mərhələsi çərçivəsində keçirilən “Qarabağ” - “Partizani” oyunu başa çatıb.

Virtualaz.org bildirir ki, “Dalğa Arena”da baş tutan görüş Ağdam təmsilçisinin 2:0 hesablı qələbəsi ilə yekunlaşıb. Görüşdə hər iki qol ikinci hissədə vurulub. Matçın 51-ci dəqiqəsində Filip Ozoviç, 93-cü dəqiqəsində isə meydana yeni daxil olan Dani Kintana fərqləniblər.

Beləliklə, ağdamlılar iki oyunun nəticəsinə əsasən növbəti mərhələyə vəsiqə qazanıblar.

Qeyd edək ki, “Qarabağ” komandası növbəti mərhələdə “Dundalk” (İrlandiya) - “Riqa” (Latviya) qarşılaşmasının qalibi ilə görüşəcək.

*   *   *22:20

Çempionlar Liqasının I təsnifat mərhələsinin cavab oyunları çərçivəsində keçirilən “Qarabağ” - “Partizani” matçında hesab açılıb.

Virtualaz.org bildirir ki, “Dalğa Arena”da keçirilən görüşdə ağdamlıların heyətində xorvatyalı yarımmüdafiəçi Filip Ozobiç fərqlənib.

Hazırda davam edən görüşdə “Qarabağ” öndədir-1:0.

*   *   *21:12

"Qarabağ" və Albaniyanın "Partizani" komandalarının Çempionlar Liqasının I təsnifat mərhələsi çərçivəsində cavab oyunu başlayıb.

Virtualaz.org bildirir ki, "Dalğa Arena"da keçirilən matça aşağıdakı "11-lik"lərlə çıxıblar:

"Qarabağ": 13. Vaqner Silva, 4. Rahil Məmmədov, 5. Maksim Medvedev, 14. Rəşad Sadıqov, 3.Ailton Silva, 8. Miçel, 20. Riçard Almeyda, 19. Filip Ozobiç, 17. Abdullah Zubir, 7. Araz Abdullayev, 9. Xayme Romero.

Ehtiyat oyunçular: 12. Şahrudin Məhəmmədəliyev, 2. Qara Qarayev, 6. Simeon Slavçev, 10. Dani Kintana, 11. Mahir Əmrəli, 21. Hacıağa Hacılı, 30. Abbas Hüseynov.

"Partizani": 12. Alban Hoca, 2. Eqzon Belitsa, 7. Eraldo Çinari, 10. Yasir Asani, 9. Teofilus Solomon, 17. Bruno Teluşi, 20. Esat Mala, 22. Lyabinot İbrahimi, 23. Esin Hakay, 26. Vilyam Kordeyro, 33. Eneo Bitri.

Ehtiyat oyunçular: 1. Daşamir Cika, 4. Ron Broy, 19. Lorents Traşi, 38. Kristi Kote, 66. Cozef Ekuban, 99. Brayan Braun, 90. Emmanuel Mensa.

Hazırda 1-ci hissənin 12-ci dəqiqəsi gedir, hesab açılmayıb.

Qeyd edək ki, “Qarabağ” komandası “Partizani” səddini keçəcəyi halda ikinci təsnifat mərhələsində “Dundalk” (İrlandiya) - “Riqa” (Latviya) qarşılaşmasının qalibi ilə görüşəcək. Ağdamlılar məğlub olacaqları təqdirdə UEFA Avropa Liqasının ikinci təsnifat mərhələsində Moldovanın “Şerif” klubu ilə üz-üzə gələcəklər.

*   *   *13:30

Bu gün Azərbaycan Premyer Liqasının qalibi olan “Qarabağ” komandası UEFA Çempionlar Liqasında növbəti matçına çıxacaq.

Virtualaz.org bildirir ki, Ağdam təmsilçisi I təsnifat mərhələsinin cavab oyunu çərçivəsində Albaniya çempionu “Partizani”ni qəbul edəcək.

Görüş “Dalğa Arena”da keçiriləcək və saat 21:00-da başlayacaq. Matçı Moldovadan olan hakim Dmitri Muntyan idarə edəcək.

Oyun “CBC Sport” kanalı ilə canlı yayımlanacaq.

Xatırladaq ki, Tirandakı ilk qarşılaşma qolsuz heş-heçə ilə nəticələnmişdi. Bu isə o deməkdir ki, “Qarabağ” maksimum diqqətli olmalıdır, xüsusən də müdafiədə.

Xəbərlər