477
Bu gün 17 iyul — 00:13

Şəmkirdə ağır yol qəzası baş verib

Gecə saatlarında Şəmkir rayonunun Çaparlı kəndində ağır yol qəzası baş verib.

"Report" xəbər verir ki, qəza nəticəsində 21 yaşlı Mərdənov Fərid Arzu oğlu və onun eyni yaşlı həmyerlisi Sadıqov Rəşad Zakir oğlu ağır xəsarət alıb.

Hər iki yaralı öncə Şəmkir Rayon Mərkəzi Xəstəxanasına, daha sonra isə Gəncə şəhərində yerləşən xəstəxanaların birinə aparılıb.

Qəza nəticəsində Kazım adlı şəxsin öldüyü bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Xəbərlər