180
Bu gün 12 iyul — 22:53

Bakıda iki avtomobil toqquşdu

Bakıda iki nəfərin xəsarət alması ilə nəticələnən yol qəzası olub.

"Report" xəbər verir ki, hadisə Bakı Beynəlxalq Avtovağzal Kompleksindən “Sədərək” Ticarət Mərkəzinə gedən yolda baş verib.

İki avtomobilin toqquşması zamanı 1959-cu il təvəllüdlü Məmmədova Narxanım Xeyrulla qızı və 1986-cı il təvəllüdlü Məmmədov Eldost Alim oğlu xəsarət alıblar. Yaralılar 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb. N.Məmmədovaya döş qəfəsinin küt travması, E.Məmmədova isə kəllə-beyin travması diaqnozu qoyulub.

Xəbərlər