151
Bu gün 12 iyul — 16:37

Türkiyədə yol qəzası: Azərbaycan vətəndaşı xəsarət aldı

Türkiyənin cənubundakı Adana vilayətində baş vermiş yol qəzasında Azərbaycan vətəndaşı xəsarət alıb.

Trend-in məlumatına görə, sürücünün idarəetməni itirməsi nəticəsində avtomobil dərəyə düşüb.

Məlumata görə, qəza nəticəsində 6 nəfər xəsarət alıb. Onlardan beş nəfərin Türkiyə vətəndaşı olduğu bildirilir.

Qeyd olunur ki, xəsarət alanlardan biri 33 yaşlı Azərbaycan vətəndaşı Aygün Hüseynova olub.

Xəsarət alanların vəziyyəti normal qiymətləndirilir.

Xəbərlər