359
Bu gün 11 iyul — 23:05

Avropa Liqası: “Səbail” Bakıda uduzdu

İyulun 11-də Bakının “Səbail” futbol klubu UEFA Avropa Liqasının birinci təsnifat mərhələsi çərçivəsində ilk oyunda “Bayıl Arena”da Rumıniyanın “Universitatea” komandası ilə qarşılaşıb.

Virtualaz.org bildirir ki, paytaxt təmsilçisi doğma meydanda 2:3 hesabı ilə uduzub.

Komandalar arasındakı cavab görüşü bir həftə sonra oynanılacaq.

Bu cütlüyün qalibi “Honved” (Budapeşt, Macarıstan) – “Jalgiris” (Vilnüs, Litva) qarşılaşmasının qalibi ilə üz-üzə gələcək.

Bakının “Neftçi” komandası isə Kişinyovda Moldovanın “Sperantsa” klubu ilə qarşılaşıb.

“Zimbru” stadionunda keçirilən görüşdə “Neftçi” 3 top fərqi ilə qalib gəlib.

Belə ki, 17-ci dəqiqədə Rauf Əliyevə qarşı kobudluğa görə meydan sahiblərinin qapısına penalti təyin edilib. Emin Mahmudovun zərbəsi dəqiq olub və komandamız hesabda irəli çıxıb.

Qarşılaşmanın 36-cı dəqiqəsində “Neftçi” növbəti qolu vurub. Stiven Monroz komandasının ikinci qoluna imza atıb.

Nəhayət, qarşılaşmanın 76-cı dəqiqəsində “Neftçi” hesabı artırıb. Rəhman Hacıyev komandasnın üstünlüyünü möhkəmlədərək hesab arasındakı fərqi 3 topa çatdırıb.

Beləliklə, təmsilçimiz səfərdə inamlı qələbə qazanıb.

Qeyd edək ki, cavab qarşılaşması iyulun 18-i Bakıda keçiriləcək.

Xəbərlər