402
Bu gün 20 iyun — 10:52

Bakıda rusiyalı turist piyadanı vurub öldürdü

Bakı şəhəri, Sabunçu rayonu, Bilgəh qəsəbəsində 58 yaşlı qadını avtomobillə vuraraq öldürən sürücünün şəxsiyyəti müəyyənləşdirilib.

Bu, Azərbaycana turist kimi gələn Rusiya vətəndaşı Anton Spiridonovdur.

A.Spiridonov idarə etdiyi “Audi” marklı avtomobillə 1961-ci il təvəllüdlü Rahilə Əhmədovanı vurub. Piyada hadisə yerində dünyasını dəyişib.

Faktla bağlı araşdırmalar davam etdirilir. (Report)

Xəbərlər