411
Bu gün 19 iyun — 20:23

Qarabağda hərbi sursat partladı

Azərbaycanın işğal altında olan Dağlıq Qarabağ bölgəsinə 34 yaşlı erməni sakin Ararat Sarkisyan hərbi sursatın partlaması nəticəsində qəlpə yarası alıb.

Virtualaz.org erməni KİV-ə istinadən bildirir ki, hadisə səhər saatlarında, kənd sakini üzüm bağında işləyərkən baş verib.

Partlayışın təfərrüatları məlum deyil.

A. Sarkisyan tibb mərkəzinə aparılıb. Vəziyyəti orta-ağır qiymətləndirilir.

 

Xəbərlər