290
Bu gün 19 iyun — 11:48

Neftçala sakini həmyerlisini güllələdi

Ötən axşam Neftçala rayonunun Astanlı kəndində güllələnmə hadisəsi baş verib.

Virtualaz.org-un Şirvan bürosunun məlumatına görə, 59 yaşlı kənd sakini Məmmədov Məhəbbət Məmmədağa oğlu 29 yaşlı həmkəndlisi Şəhriyar Nail oğlu Fərzəliyevə ov tüfəngindən atəş açaraq xəsarət yetirib.

Aşağı ətraf nahiyəsindən güllə yarası alan Ş.Fərzəliyev Neftçala Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Virtualaz.org

Xəbərlər