313
Bu gün 19 iyun — 10:17

Babək prospektində maşın aşdı

Bakıda səhər saatlarında yol-nəqliyyat hadisəsi qeydə alınıb.

Virtualaz.org bildirir ki, qəza Babək prospektindən üzü şəhər istiqamətində baş verib.

Bakı Nəqliyyat Agentliyi mətbuat xidmətinin məlumatına görə, hadisə səbəbindən qeyd edilən hissədə nəqliyyat vasitələrinin hərəkərində sıxlıq müşahidə edilib.

Hadisə yerinə Dövlət Yol Polisi əməkdaşları və təcili tibbi yardım briqadası cəlb olunub.

Artıq hadisə zamanı xəsarət alanlardan birinin kimliyi dəqiqləşib. Bu, 1947-ci il təvəllüdlü Əliyev İsaxan Məhəd oğludur.

Məlumata görə, İ.Əliyev ərazidən keçən piyada olub. Sürücü də yaralıdır, ancaq onun kimliyi hələlik dəqiqləşdirilməyib.

Xəbərlər