528
Bu gün 18 iyun — 21:10

“Lada”lar yenidən bahalaşacaq

“AvtoVAZ” konserni “Lada” modelindən olan bütün avtomobillərin qiymətini qaldıracaq.

Rusiyanın “Vedemosti” qəzeti xatırladır ki, bu, avtomobil konserninin cari il ərzində ikinci oxşar addımıdır.

“Lada” avtomobillərinin satışı və lizinqi ilə məşğul olan dilerlər qiymətlərin iyulun 1-dən etibarən qaldırılacağını açıqlayıblar. Bahalaşmanın 1-4 faiz civarında olacağı iddia olunur.

Xatırladaq ki, bundan əvvəl “AvtoVAZ” yanvar ayında bütün modellərdən olan avtomobillərinin qiymətini 3 faiz artırmışdı. Onda buna səbəb kimi Rusiyada ƏDV-nin 18 faizdən 20 faizə qaldırılması göstərilmişdi.

Xəbərlər