419
Bu gün 18 iyun — 17:40

Ramiz Mehdiyev Ufada Nikolay Patruşevlə görüşdü

Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev çərşənbə axşamı Ufa şəhərində Azərbaycan Prezidenti Administrasiyasının rəhbəri Ramiz Mehdiyevlə görüşüb.

Virtualaz.org bildirir ki, bu barədə Rusiya Təhlükəsizlik Şurasının mətbuat xidməti məlumat yayıb.

Məlumatda bildirilir ki, toplantı Ufa şəhərində təhlükəsizlik məsələləri üzrə məsul olan yüksək səviyyəli nümayəndələrin 10-cu beynəlxalq görüşü çərçivəsində keçirilib.

Görüş zamanı Nikolay Patruşev və Ramiz Mehdiyev güc strukturlarının və xüsusi xidmət orqanlarının qarşılıqlı əlaqələrini, eləcə də təhlükəsizlik sahəsində bu ilin sonunadək əməkdaşlıq planını müzakirə ediblər.

Virtualaz.org

Xəbərlər