351
Bu gün 13 iyun — 13:07

Korrupsioner Azərbaycana uçmaq istəyirdi, saxladılar

Rusiyanın Saratov vilayətinin Məhkəmə qərarlarının icrası federal xidməti idarəsinin məlumatına görə, yerli sakin RF Cinayət Məcəlləsinin 291-ci maddəsi (rüşvət vermə) üzrə korrupsiya cinayəti törətməkdə təqsirli bilinərək ittiham olunub.

Virtualaz.org yerli mətbuata istinadən xəbər verir ki, 120 min rubl həcmində cərimə edilsə də, o, cərimə məbləğinin yarısını könüllü ödəyərək, sonradan ödənişləri etməkdən imtina edib.

Yerdə qalan məbləği borcludan almaq məqsədilə onun ölkəni tərk etmək imkanları müvəqqəti məhdudlaşdırılıb. Borc kişinin yadına hava limanında düşüb – o, Azərbaycana uçmaq istəsə də, buna imkan verilməyib. Yalnız borcunu tam bağladıqdan sonra məhkəmə icraçısı ona ölkəni tərk etməyə icazə verib və Saratov sakini Azərbaycana yola düşüb.

Xəbərlər