158
Bu gün 13 iyun — 10:23

Yardımlıda ot daşıyan maşın dərəyə aşdı: 1 ölü, 2 yaralı

Yardımlı rayonunda ölümlə nəticələnən ağır yol-nəqliyyat hadisəsi baş verib.

Hadisə rayonun Haronu kəndi ərazisində, "Böyük dərə" adlandırılan sahədə baş verib.

Rayonun 1992-ci il təvəllüdlü Köryədi kənd sakini Abışov Ceyhun Cavanşir oğlu sükanı arxasında olduğu "KamAZ" markalı, 10-DG-325 dövlət qeydiyyat nişanlı avtomobil ilə ot bağlaması aparan zaman idarəetməni itirib. Nəticədə "KamAZ" 500 metrlik dərəyə yuvarlanıb. Qəza zamanı maşının sərnişini, rayonun 1978-ci il təvəllüdlü Arvana kənd sakini Həsənov Namik Mirhəsən oğlu aldığı xəsarətlərdən hadisə yerində keçinib. Sürücü C.Əbişov və digər sərnişin-2002-ci il təvəllüdlü Arvana kənd sakini Həsənov Rafiz İbrahim oğlu ağır bədən xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.

Faktla bağlı araşdırma aparılır.

Xəbərlər