167
Bu gün 12 iyun — 23:56

Gədəbəydə 30 yaşlı kişi gözündən bıçaqlanıb

Gədəbəy rayonunda bıçaqlanma hadisəsi olub.

"Report"un məlumatına görə, 30 yaşlı yerli sakin Zamiq Həsənov rayonun Xarxar kəndində hələ ki, məlum olmayan şəraitdə baş vermiş mübahisə zəminində göz nahiyəsindən bıçaq xəsarəti alıb.

O, tanışları tərəfindən öncə Gədəbəy Rayon Mərkəzi Xəstəxanasına, daha sonra isə Gəncə şəhərində yerləşən xəstəxanaların birinə yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbərlər