106
Bu gün 12 iyun — 22:06

İmişlidə 62 yaşlı kişi kanalda boğulub

İmişli rayonunda 62 yaşlı kişi kanalda boğulub.

"Report"un məlumatına görə, hadisə bu gün axşam saatlarında rayonun Otuziki kəndində qeydə alınıb.

Kənd sakini, 1957-ci il təvəllüdlü Balayev Arazxan İnşallah oğlu su kanalında çimən zaman boğularaq ölüb. Meyit sudan çıxarılaraq tibbi ekspertizaya təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

Xəbərlər