125
Bu gün 12 iyun — 20:50

Yardımlı sakinindən 6 kiloqramdan çox tiryək götürülüb

Daxili işlər orqanları narkotik maddələrin qanunsuz dövriyyəsinə qarşı mübarizə tədbirlərini davam etdirirlər.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, Yardımlı Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində şəhər sakini, əvvəllər məhkum olunmuş E.Miranovdan 6 kiloqram 120 qram tiryək götürülüb.

Sumqayıt Şəhər Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində isə şəhər sakinləri, əvvəllər məhkum olunmuş İ.Manafovdan 500 qramadək, İ.Məlikovdan isə 420 qram marixuana aşkarlanıb.

Faktlarla bağlı araşdırmalar davam etdirilir.

Xəbərlər