91
Bu gün 12 iyun — 14:31

Sabirabadda ağır yol qəzası: 4 nəfər xəsarət aldı

Sabirabadda baş verən yol qəzası nəticəsində 4 nəfər xəsarət alıb.

Hadisə Hacıqabul-Horadiz magistral avtomobil yolunun rayonun Qaratəpə kəndi ərazisindən keçən hissəsində qeydə alınıb. Sabirabad rayon sakini Səbri Heydərovun idarə etdiyi “Mercedes” markalı avtomobillə İmişli sakini Bəşir Paşayevin idarə etdiyi “VAZ-2107” markalı avtomobilin toqquşması nəticəsində hər iki sürücü və sərnişinlər – İmişli sakinləri Daşqın Əliyev və Vüqar Həşimov müxtəlif dərəcəli bədən xəsarəti alıblar.

Faktla bağlı araşdırma aparılır. (AzərTAc)

Xəbərlər