194
Bu gün 12 iyun — 14:42

Fin körfəzində boğulan gənc Yəmən vətəndaşı imiş

Rusiyanın "Fontanka" nəşrinin yazdığına görə, 21 yaşlı gənc Sankt-Peterburqa təhsil almağa gəlib.

Onun cəsədi yaşadığı evdən 300 metr kənarda – sahildə taplıb. Şəxsiyyəti müəyyənləşdirilib və məlum olub ki, Səid adlı gənc 2018-ci ildə Sankt Peterburqa gəlib, “Qornıy” universitetinin neft və qaz fakultəsində təhsil alıb.

Virtualaz.org

*   *   *11:37

Rusiyanın Sankt-Peterburq şəhərində azərbaycanlı tələbə suda boğulub.

Rusiya mətbuatının yazdığına görə, Vasilyev adasında sahildə axtarışlar aparılsa da, körfəz hövzəsində cəsəd aşkar edilməyib.

Tələbənin şəxsiyyətini müəyyən etmək mümkün olmayıb. Sosial şəbəkələrdə cəsədinin axtarışlarının heç bir nəticə vermədiyi ilə bağlı da xəbərlər yayılıb.

Azərbaycanlı tələbənin axtarışları davam etdirilir.

Virtualaz.org

Xəbərlər