1224
Bu gün 12 iyun — 10:05

Düşmən ordusu cəbhədə minomyotları yenidən işə salır

Ermənistan silahlı qüvvələrinin bölmələri cəbhənin müxtəlif istiqamətlərində iriçaplı pulemyotlardan, 60 millimetrlik minaatanlardan (8 mərmi) da istifadə etməklə sutka ərzində atəşkəs rejimini 18 dəfə pozub.

Bu barədə Müdafiə Nazirliyinin məlumatında deyilir.

Məlumata əsasən Ermənistanın Krasnoselsk rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən Gədəbəy rayonu ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərimiz atəşə tutulub.

Ağdam rayonunun işğal altında olan Şıxlar, Abdinli, Mərzili, Xocavənd rayonunun Kuropatkino, Füzuli rayonunun Qaraxanbəyli, Aşağı Seyidəhmədli kəndləri yaxınlığında, həmçinin Goranboy və Tərtər rayonları ərazisindəki adsız yüksəkliklərdə yerləşən mövqelərdən də ordumuzun mövqeləri atəşə tutulub.

Qeyd edək ki, Ermənistan ordusunun təmas xəttində minomyotlardan istifadə etməsi haqda xeyli vaxtdır məlumat verilmirdi. İndi isə göründüyü kimi düşmən təmas xətti boyu gərginliyi artırır, minomyotlardan istifadə etməyə başlayır. Bundan əvvəl Ermənistan müdafiə naziri David Tonoyan bildirmişdi ki, təmas xəttində Azərbaycan ordusunun hərbçisinin vurulması əmrini şəxsən verib. Bu da o mənanı verir ki, təmas xəttində gərginliyin azaldılmasına dair Azərbaycan və Ermənistan rəhbərləri arasında ötən ilin payızında Düşənbədə əldə edilmiş anlaşma artıq işləmir.

Virtualaz.org

Xəbərlər