312
Bu gün 24 may — 09:27

60 yaşlı Bakı sakini boyun damarları kəsilərək qətlə yetirilib

Qaradağ rayonu ərazisində 60 yaşlı Şamil Xəlifov boyun damarlarının kəsilməsi nəticəsində dünyasını dəyişib.

Virtualaz.org-un sorğusuna cavab olaraq Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov bildirib ki, hadisə yerinə çağırılan təcili yardım briqadasının həkimlərinə ölüm faktını təstiqləməkdən başqa bir şey qalmayıb.

Qeyd edək ki, baş verən hadisə barədə Qaradağ rayon polis idarəsi və prokururluq məlunmatlandırılıb.

Hazilda hüquq mühafizə orqanları ağır cinayət hadisəsinin kim tərəfindən töradilməsini müəyyənləşdirməyə çalışır.

Ülviyyə Xudiyeva

Virtualaz.org

Xəbərlər