203
Bu gün 23 may — 20:29

Sumqayıtda sərnişin avtobusu qəza törətdi

Bu gün axşam saatlarında Sumqayıt şəhərində sərnişin avtobusunun iştirakı ilə yol nəqliyyat hadisəsi baş verib.

Oxu.az-ın məlumatına görə, Müşfiq qəsəbəsindən Sumqayıt şəhərinə hərəkət edən 50-AE-457 dövlət nömrə nişanlı sərnişin avtobusu “Nissan” markalı 90-VB-910 dövlət nömrə nişanlı minik maşını ilə toqquşub. Hadisə Sumqayıtın “Sülh” küçəsində qeydə alınıb.

Polis qəzanın hansı sürücünün səhvinə görə baş verdiyini araşdırır.

Qəza nəticəsində xəsarət alan olmayıb.

Xəbərlər