149
Bu gün 22 may — 17:52

Sankt-Peterburqda azərbaycanlının maşınından silah oğurlandı

Rusiyanın Sankt-Peterburq şəhərində azərbaycanlı soyulub. Bu barədə Rusiya KİV-ləri məlumat verib.

Mənbəyə görə, zərərçəkən polisə müraciət edərək sahibi olduğu "Mercedes ML" avtomobilinin salonundan sənədlərinin və silahının olduğu çantanın oğurlandığını bildirib.

Qeyd olunur ki, soyğunçu maşının qapısının şüşəsini qırıb və içərisində pasport, travmatik silah və ona icazə sənədinin olduğu dəri çantanı götürüb.

Xəbərlər