219
Bu gün 19 may — 17:03

Şamaxıda "Mercedes" aşdı, iki yaralı var

Şamaxı rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un məlumatına görə, qəza səhər saatlarında Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 115-ci km.-də, Şamaxının Mərzəndiyə kəndindən keçən hissəsində qeydə alınıb.

Yol ilə hərəkətdə olan "Mercedes" markalı minik avtomobili idarəetmədən çıxaraq aşıb. Nəticədə sürücü və bir sərnişin ağır xəsarət alıb.

Faktla bağlı araşdırma aparılır.

Xəbərlər