221
Bu gün 19 may — 11:20

Hondurasda turistlərin olduğu təyyarə dənizə düşdü

Hondurasın Roatan adası sahillərində təyyarə qəzaya uğrayıb.

Virtualaz.org xarici KİV-ə istinadən bildirir ki, təyyarə havaya qalxdıqdan bir qədər sonra dənizə düşüb.

Qəza nəticəsində pilot da daxil olmaqla, 6 nəfər həlak olub. Onlardan 5-i turistdir.

Ölkənin silahlı qüvvələrinin nümayəndəsi bildirib ki, qəzada ölənlərin 4-ü ABŞ vətəndaşıdır. Bəzi mənbələr isə qəza nəticəsində 4 Kanada vətəndaşının öldüyünü bildirir.

Qəzada həlak olan 5-ci turistin vətəndaşlığı barədə məlumat yoxdur.

Xəbərlər