1899
Bu gün 19 may — 00:07

Bakıda ticarət mərkəzində yanğın

Bakı şəhəri, Xəzər rayonu, Buzovna qəsəbəsindəki üçmərtəbəli ticarət mərkəzində baş vermiş yanğın söndürülüb.

Yanğından mühafizə bölmələri tərəfindən həyata keçirilən yanğınsöndürmə və digər tədbirlər nəticəsində yanğın söndürülüb.

*   *   *21:36 (18.05.2019)

Fövqəladə Hallar Nazirliyi Bakının Xəzər rayonunda fəaliyyət göstərən üçmərtəbəli ticarət mərkəzində baş verən yanğın hadisəsi ilə bağlı məlumat yayıb.

FHN-dən verilən xəbərə görə, nazirliyin "112" qaynar telefon xəttinə, üçmərtəbəli ticarət mərkəzinin zirzəmisində yanğın baş verməsi barədə məlumat daxil olub. 

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri çağırış ünvanına cəlb olunub. Hazırda binada tüstülənmə müşahidə edilir (açıq alov yoxdur). Binada olan insanlar təxliyə edilib. 

Yanğınsöndürmə və digər təxirəsalınmaz tədbirlərin həyata keçirilməsi işləri davam etdirilir.

*   *   *20:39

Xəzər rayonu Buzovna qəsəbəsində “Favorit” ticarət mərkəzində (keçmiş “Zuğulba Mall”) yanğın başlayıb, zərərçəkmişlər var.

Faktı Səhiyyə Nazirliyinin mətbuat katibi Pərviz Abubəkirov təsdiqləyib.

Virtualaz.org-un sorğusuna cavab verən Abubəkirov bildirib ki, hadisə yerinə 7 təcili yardım briqadası göndərilib. Tüstüdən zəhərlənmə ilə iki qadın və bir kişi Tibbi Klinik Mərkəzin taksikologiya şöbəsinə aparılıb, marketin bir əməkdaşı isə qıcolma diaqnozu ilə 26 saylı Birləşmiş Şəhər Xəstəxanasına yerləşdirilib.

Həyəcan keçirən bir neçə nəfərə isə yerində tibbi yardım göstərilib.

Ü.Xudiyeva

Virtualaz.org

Xəbərlər