257
Bu gün 16 may — 16:50

SOCAR Aral dənizində geoloji-kəşfiyyat işləri aparacaq

Bu gün Azərbaycan Dövlət Neft Şirkəti (SOCAR), "BP Exploration (Caspian Sea)" və “Uzbekneftegaz” arasında Aral dənizindəki investisiya bloklarında geoloji-kəşfiyyat işlərinin aparılması ilə bağlı saziş imzalanıb.

Virtualaz.org-un məlumatına görə, sənəd Aralın Özbəkistan hissəsində, Üstyurd regionunun Samsk-Kosbulak, Bayterek investisiya bloklarında geoloji-kəşfiyyat işlərinin aparılmasını nəzərdə tutur.

Kəşfiyyat tərəflərin razılaşdırılmış qrafikinə uyğun olaraq mərhələlərlə həyata keçiriləcək.

Qeyd edək ki, ötən ilin may ayında “Uzbekneftegaz”, SOCAR və BP şirkətləri Özbəkistanda yataqların birgə kəşfiyyatı və işlənməsi imkanlarının öyrənilməsi üzrə qarşılıqlı anlaşma Memorandum və “Uzbekneftegaz”ın investisiya bloklarında geoloji kəşfiyyat işlərinin aparılması imkanlarının öyrənilməsi üzrə qarşılıqlı anlaşma Memorandumu imzalayıblar.

Xəbərlər