254
Bu gün 15 may — 23:25

Əhmədlidə maşın 33 yaşlı qadını vurdu

Bakının Xətai rayonunda piyadanın vurulması ilə nəticələnən yol qəzası olub.

"Report" xəbər verir ki, hadisə Əhmədlidə qeydə alınıb.

"Xəzər" univermağının yaxınlığıında "Mercedes" markalı, 90-OR-007 dövlət qeydiyyat nişanlı minik avtomobili yolu keçən 1986-cı il təvəllüdlü Fətəliyeva Əminə Fikrət qızını vurub.

Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə çatdırılıb. Ona qarın və belin küt travması diaqnozu qoyulub.

Xəbərlər