698
Bu gün 26 Aprel 2019, 15:47

Mixael Şumaxerin oğlu Bakıda qəza keçirdi

Bakıda keçirilən “Formula 2” yarışında qəza olub. 

“Formula 1” üzrə yeddiqat dünya çempionu Mixael Şumaxerin oğlu Mik Şumaxerin bolidində yanğın baş verib. Lakin alov dərhal söndürülüb və o, yoluna davam edib. Pilot bolidi təkrar hərəkətə gətirən zaman yanğınsöndürənlərdən biri maşına ilişib və yıxılıb. 

Qeyd edək ki, oğul Şumaxer ötən mövsüm “Formula 3”ün qalibi olub. O, cari çempionatda İtaliyanın “Prema Racing” komandasının heyətində “Formula 2”də yarışır.

Xəbərlər