201
Bu gün 26 aprel — 14:07

Ağcabədidə mağazadan 1500 manatlıq oğurluq olub

Ağcabədi rayonunda mağazadan oğurluq edilib. Hadisə rayonun Boyat kəndində baş verib.

Belə ki, həmin kəndin sakini Seymur Abbasova məxsus mağazadan pul, siqaret, kompüter, təhlükəsizlik kamerasınin yaddaş kartı və digər ərzaq malları oğurlanıb.

Sahibkara, təxminən, 1500 manat ziyan dəyib. 

Gecə saatlarında naməlum şəxs və ya şəxslər mağazaya arxadan daş divarı dağıdaraq daxil olublar. Sahibkar hüquq-mühafizə orqanlarına məlumat verib. 

Bu istiqamətdə rayon polis şöbəsində əməliyyat axtarış tədbirləri həyata keçirilir. (Report)

Xəbərlər