317
Bu gün 23 aprel — 22:44

Bakıda qadın sürücü 31 yaşlı piyadanı vurdu

Bakının Yasamal rayonu ərazisində yol-nəqliyyat hadisəsi baş verib.

"Report" xəbər verir ki, Fəxriyyə Əliyeva idarə etdiyi "Mercedes" markalı avtomobil ilə Füzuli küçəsində hərəkətdə olan zaman qarşısına çıxan 1988-ci il təvəllüdlü Dərgahov Nurlanı vurub.

Yaralı 1 saylı Kliniki Tibbi Mərkəzə yerləşdirilib. Ona baldırında yumşaq toxumaların əzilməsi diaqnozu qoyulub.

Xəbərlər