233
Bu gün 23 aprel — 18:13

Güclü yağış Lənkəranda torpaq sürüşməsi və uçqunlara səbəb oldu

Lənkəran rayonunda torpaq sürüşməsi baş verib.

"Report"un məlumatına görə, son günlərdə leysan yağışları nəticəsində 22 km-lik Hirkan-Daşdatük-Biləsər avtomobil yolunun son 6 kilometrində, xüsusilə Xanbulan, Daşdatük və Biləsər kəndlərinə aparan yolda uçqunlar baş verib.

Yolboyu bir neçə yerdə torpaq sürüşmələri və çökmələr səbəbindən asfalt qatı dağılıb. Yolun bir hissəsinin çökməsi ilə 1,5 metr enində və 10-15 metr uzunluğunda yarğanlar yaranıb. Yolun yuxarı hissəsindən torpaq kütləsi aşağı doğru sürüşərək qoruyucu baryerləri sıradan çıxarıb. Yol yatağında da çökmələr var.

Bundan başqa, dağ massivindən aşağı axan sel suları, əsasən, yolun su ötürücülərinin keçdiyi hissədə dağıntılar yaradıb.

Artıq yolun bərpası istiqamətində tədbirlərin görülməsi məqsədilə əraziyə texnikalar gətirilib. Uçqunların olduğu yerlərdə xəbərdarlıq işarələri qoyulub. Təmir-bərpa işləri hava şəraiti sabitləşəndən sonra aparılacaq.

Xəbərlər