354
Bu gün 23 aprel — 17:35

Qubada yeniyetmə qız özünü körpüdən atdı

Quba rayonunda yeniyetmə qız özünü körpüdən ataraq intihar etmək istəyib.

"Report"un verdiyi məlumata görə, rayonun Möhüc kənd sakini, 2004-cü il təvəllüdlü F.M özünü Quba şəhərində yerləşən Qudyalçayın üzərindəki körpüdən atıb. Nəticədə o, müxtəlif bədən xəsarətləri alıb. Yaxınlıqda olan şəxslər onu Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırıblar.

Həkimlərin səyi nəticəsində qız sağ qalıb. Həkimlər onun vəziyyətinin orta-ağır olduğunu bildirirlər.

Faktla bağlı araşdırma aparılır.

Xəbərlər