324
Bu gün 15 aprel — 19:16

Bakıda quşçuluq fabrikindən 170 min manatlıq toyuq oğurlandı

Bakıda quşçuluq fabrikindən 170 min manat dəyərində toyuq və toyuq məhsulları oğurlanıb.

Virtualaz.org Daxili İşlər Nazirliyinin mətbuat xidmətinə istinadən bildirir ki, əməliyyat tədbirləri nəticəsində aprelin 13-də Hövsan qəsəbəsi ərazisindəki fabriklərin birindən 170 min manat dəyərində toyuq və toyuq məhsulları oğurlamaqda şübhəli bilinənlər - Binə qəsəbə sakinləri E.Ağayev, H.Qasımov, M.Seyidov və S.Hüseynov saxlanılıblar.

Faktla bağlı araşdırma aparılır.

Xəbərlər