2214
Bu gün 10 aprel — 00:36

Sosial şəbəkələrdə yayılmış “gömrük” videosunun çəkildiyi yer məlum oldu

Sosial şəbəkələrdə stasionar rentgen qurğusundan əşyaları ilə birlikdə keçən şəxsin videosunun harada çəkildiyi bəlli olub.

Ermənistan KİV-lərinin məlumatına görə, videogörüntü Ermənistanın Gürcüstanla sərhəddəki Baqrataşen gömrük-keçid məntəqəsində lentə alınıb.

Əlindəki çanta ilə yüklərin yoxlanıldığı aparatdan keçən Ermənistan vətəndaşına daha sonra yükünü introskopun üzərinə qoymaq tapşırılır. (Qafqazinfo)

*   *   *11:30 (09.04.2019)

Ötən gün sosial şəbəkələrdə stasionar rentgen qurğusundan əşyaları ilə birlikdə keçən şəxsin videotəsvirləri yayımlanıb və şəbəkə istifadəçiləri yanlış olaraq bunun Azərbaycan gömrük xidmətinin tabeliyindəki qurumlardan birində baş verdiyini iddia edərək gömrük orqanlarının ünvanına əsassız ittihamlar irəli sürürlər.

Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, hadisə Azərbaycan Respublikası ərazisindəki gömrük-sərhəd buraxılış məntəqələrində baş verməyib: "Bu videotəsvirlərdə əks olunan şəxslərin üzərindəki rəsmi geyim formasından da aydın görünür və kadrların lentə alındığı məkanın ölkəmizin gömrük orqanlarına aidiyyəti yoxdur".

Xəbərlər