255
Bu gün 15 mart — 23:00

Bərdədə 47 yaşlı qadın fermada ölü tapıldı

Bərdədə fermada meyit tapılıb.

Hadisə rayonun Çələbilər kəndində baş verib.

1972-ci il təvəllüdlü Süleymanova Sevinc Səlim qızı kənd ərazisində müvəqqəti məskunlaşdığı fermada ölü vəziyyətdə tapılıb.

Ölümün səbəbinin müəyyənləşdirilməsi üçün meyit Məhkəmə-Tibb Ekspertizası və Patoloji Anatomiya Birliyinə təhvil verilib.

Trend bildirir ki, faktla bağlı Bərdə Rayon Prokurorluğunda araşdırma aparılır.

Xəbərlər