296
Bu gün 15 mart — 22:07

Riqa-Bakı aviareysi açılır

Latviyanın “AirBaltic” aviaşirkəti Riqa-Bakı birbaşa reyslərini işə salacaq.

Bu barədə Trend-ə ölkənin aviasiya bazarındakı mənbə məlumat verib.

Qeyd olunur ki, reyslərin yerinə yetirilməsinə bu il mayın 2-dən başlanacaq. Bu marşrut mövsümi xarakter daşıyacaq və dekabr ayınadək davam edəcək.

Hər iki istiqamətdə biletlərin minimal qiyməti 137 avro təşkil edir.

Xəbərlər