325
Bu gün 15 mart — 21:12

Lənkəranda kütləvi dava: xəsarət alan var

Lənkəran rayonunda kütləvi dava olub, xəsarət alan var.

"Report"un məlumatına görə, hadisə Xolmili kəndində çayxananın qarşısında qeydə alınıb.

Belə ki, 1963-cü il təvəllüdlü İsi Hacıverdi oğlu Hacıyev kəllə-beyin travması ilə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Zərərçəkən bildirib ki, qardaşı, 1957-ci il təvəllüdlü Cəmilin həmkəndlisi, hamının "Qorxmaz" kimi çağırdığı, 1970-ci il təvəllüdlü Vəfadar Hacıyevlə mübahisə etdiyini eşidib: "Yaxınlıqda olduğumdan tez hadisə yerinə gəldim və qardaşımın yerdə uzandığını gördüm. Qardaşım açıq ürək əməliyyatı keçirdiyindən mübahisə zəminində halının pisləşdiyini və yerə yıxıldığını gümün etdim. Lakin Qorxmazın yerə yıxılan qardaşıma yumruqla zərbə endirdiyini gördüm. Mən yaxınlaşanda üzərimə hücum çəkərək alın və çənəmə bir neçə zərbə endirdi. Mən də huşumu itirərək yıxıldım".

Faktla bağlı DİN-in "102 xidməti" Zəng Mərkəzinə müraciət olunub.

Xəbərlər