145
Bu gün 15 mart — 18:46

Koçaryanın həbs müddəti yenidən uzadıldı

Bu gün Yerevan Ümumi Yurisdiksiya Məhkəməsi Ermənistanın Xüsusi İstintaq Xidmətinin iddiasını təmin edərək, ölkənin sabiq prezidenti Robert Koçaryanın həbs müddətinin yenidən daha iki ay uzadılması barədə qərar çıxarıb.

Virtualaz.org yerli KİV-ə istinadən bildirir ki, işə baxılmasına 13 martda başlanılıb və Koçaryanın həbs müddətinin uzadılmasına dair qərarı hakim Armen Bektaşyan verib.

Qeyd edək ki, 2008-ci ilin martın 1-də ölkədə keçirilən etiraz aksiyalarının dağıdılması zamanı 10 nəfərin ölümü və Ermənistanın konstitusiya quruluşunu devirmək cəhdi ilə əlaqədar açılan cinayət işi çərçivəsində ittiham olunan Koçaryan 2018-ci ilin 7 dekabrından həbsdədir. Bu ilin 18 yanvarında isə məhkəmə Ermənistan Xüsusi İstintaq Xidmətinin şikayətini təmin edərək Koçaryan barəsində həbs qətimkan tədbirini 2 ay müddətinə uzatmışdı.

Xəbərlər