178
Bu gün 15 mart — 18:58

Bakı-Quba yolunda “Niva” arakəsməyə çırpılaraq aşıb

Bakı-Quba-Rusiya sərhədi avtomobil yolunda qəza baş verib. Hadisə bu gün günorta saatlarında olub.

Şahidlərin sözlərinə görə, şəhər istiqaməti ilə hərəkətdə olan "Niva" markalı avtomobil dəmir arakəsməyə dəyərək yuvarlanıb.

Qəzada xəsarət alan sürücü təcili tibbi yardımla xəstəxanaya çatdırılıb.

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub, araşdırma aparılır. (Trend)

Xəbərlər